가사
[Chorus]
Gəzdim o yerləri mən ilim-ilim,
Qabar oldu əllər, ağızda dilim,
Dayanmaz qələmim, yazacaq əlim,
Qalacaq dağlarda izi Rəşidin.
[Verse 1]
Dağlar oğlu, olmağı da var imiş,
Düşündüm ki, cəlalı var Rəşidin,
O nəbi eyvanı, yadigar imiş,
Qalacaq ərmağan, varı Rəşidin.
[Verse 2]
Dağlara həyandı o zor bulağı,
Dost-tanışlar tez-tez olar qonağı,
Hər eldən də gəlir onun sorağı,
Dağların sərvəti, qarı Rəşidin.
[Chorus]
Gəzdim o yerləri mən ilim-ilim,
Qabar oldu əllər, ağızda dilim,
Dayanmaz qələmim, yazacaq əlim,
Qalacaq dağlarda izi Rəşidin.
[Verse 3]
Bir qalxaydım, salvartının daşına,
Bir baxaydım əyri dağın qaşına,
Nələr gəlməyibdi, nələr başıma,
O dağlar, o daşlar yarı Rəşidin.
[Verse 4]
Buz kimi bulaxlar qaynar bu yerdə,
Təbiət toxuyar xalı bu yerdə,
Arılar topluyar balı bu yerdə,
Güvənci Allahdı, Tanrı Rəşidin.
[Chorus]
Gəzdim o yerləri mən ilim-ilim,
Qabar oldu əllər, ağızda dilim,
Dayanmaz qələmim, yazacaq əlim,
Qalacaq dağlarda izi Rəşidin.
[Bridge]
Yaz olanda gül çiçəyə bürünər,
Duman çən dağ döşündə sürünər,
Əvəz ilham alıb ellə öyünər,
Xəstəyə dərmandı balı Rəşidin.
Gəzdim o yerləri mən ilim-ilim,
Qabar oldu əllər, ağızda dilim,
Dayanmaz qələmim, yazacaq əlim,
Qalacaq dağlarda izi Rəşidin.
[Verse 1]
Dağlar oğlu, olmağı da var imiş,
Düşündüm ki, cəlalı var Rəşidin,
O nəbi eyvanı, yadigar imiş,
Qalacaq ərmağan, varı Rəşidin.
[Verse 2]
Dağlara həyandı o zor bulağı,
Dost-tanışlar tez-tez olar qonağı,
Hər eldən də gəlir onun sorağı,
Dağların sərvəti, qarı Rəşidin.
[Chorus]
Gəzdim o yerləri mən ilim-ilim,
Qabar oldu əllər, ağızda dilim,
Dayanmaz qələmim, yazacaq əlim,
Qalacaq dağlarda izi Rəşidin.
[Verse 3]
Bir qalxaydım, salvartının daşına,
Bir baxaydım əyri dağın qaşına,
Nələr gəlməyibdi, nələr başıma,
O dağlar, o daşlar yarı Rəşidin.
[Verse 4]
Buz kimi bulaxlar qaynar bu yerdə,
Təbiət toxuyar xalı bu yerdə,
Arılar topluyar balı bu yerdə,
Güvənci Allahdı, Tanrı Rəşidin.
[Chorus]
Gəzdim o yerləri mən ilim-ilim,
Qabar oldu əllər, ağızda dilim,
Dayanmaz qələmim, yazacaq əlim,
Qalacaq dağlarda izi Rəşidin.
[Bridge]
Yaz olanda gül çiçəyə bürünər,
Duman çən dağ döşündə sürünər,
Əvəz ilham alıb ellə öyünər,
Xəstəyə dərmandı balı Rəşidin.